İraqda terror təşkilatı DEAŞ-ın 22 üzvü zərərsizləşdirilib

İraqda terror təşkilatı DEAŞ-ın 22 üzvü zərərsizləşdirilib

İraqda terror təşkilatı DEAŞ-a qarşı keçirilən əməliyyatda 22 təşkilat üzvü zərərsizləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, İraqın Terrorla Mübarizə Birliyinin rəhbəri general-leytenant Əbdülvehhab əs-Saidi Birgə Əməliyyatlar Komandanının müavini Kays əl-Məhəmmədavi ilə əməliyyatla bağlı mətbuat konfransı keçirib.

Mətbuat konfransında açıqlama verən Səidi Ənbarda keçirdikləri əməliyyatda aralarında Fəllucədən məsul olduğu iddia edilən 22 DEAŞ üzvünün öldürüldüyünü bildirib.

Səidi əməliyyatın davam etdiyini də bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə