Ceymi Li Körtis “ən yaxşı ikinci plan aktrisası” nominasiyasında “Oskar” aldı

Ceymi Li Körtis “ən yaxşı ikinci plan aktrisası” nominasiyasında “Oskar” aldı

ABŞ aktrisası Ceymi Li Körtis “ən yaxşı ikinci plan aktrisası” nominasiyasında “Oskar” aldı. SİA ABC telekanalına istinadla xəbər verir ki, aktrisa bu mükafata “Hər şey hər yerdə və dərhal” komediyasında (ABŞ) yaratdığı Deydra Boubeyrdra roluna görə layiq görülüb.

Rejissorlar Den Kvan və Daniel Şaynertin bu filmində paralel kainatlarda qadının şərlə mübarizəsindən bəhs olunur. Film absurd komediya, elmi fantastika, şərq döyüş sənəti, fantaziya və cizgi filmi elementlərini əhatə edir.

Mükafatlandırma mərasimi Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) “Dolby” teatrında keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə