Üç sevən cütlük metronun Mayakovskaya stansiyasında evlənib. SİA xəbər verir ki, bu barədə "Deptrans" məlumat yayıb. Bildirilib ki, sərnişinləri narahat etməmək üçün mərasimlər gecələr keçirilib.
Nazirlik bildirib ki, cütlüklərdən biri şair Vladimir Mayakovskinin yaradıcılığına olan sevgilərinə görə toy üçün qeyd olunan stansiyanı seçib. Metroda mərasim Moskvanın qeydiyyat şöbələri ilə əməkdaşlıq çərçivəsində standart protokol əsasında həyata keçirilir.
Ümumilikdə, "Xoşbəxtliyin yeni ünvanları" proqramı çərçivəsində Moskvada 200-ə yaxın qeyri-adi toy məkanı mövcuddur. Metroda bu günə kimi 31 cütlük evlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB