Türkiyədə yeni siyasi koalisiya yaradılıb: "Ata İttifakı"

Türkiyədə yeni siyasi koalisiya yaradılıb: "Ata İttifakı"

Bu arada Türkiyədə yeni siyasi koalisiya yaradılıb. Koalisiya sağçı partiyalar tərəfindən yaradılıb və milliyyətçi partiyanın keçmiş deputatı, fəlsəfə doktoru Sinan Oğanı prezidentliyə namizəd kimi irəli sürüb.

SİA-nın əldə etdiyi məlumata görə, yaradılan yeni siyasi qüvvə türkcə “Ata koalisiyası”, yəni Atatürkün davamçıları mənasını verən “Ata İttifakı” adlandırılıb.

Qeyd edək ki, koalisiyaya ifrat sağçı “Ata İttifakı” partiyasına Zəfər Partisi (Ümit Özdağ), Ədalət Partiyası, Doğru partiyası, Türkiyə İttifakı Partisi və Ülkem Partisi daxil olublar.

Beləliklə, milliyətçi partiyadan eks-deputat Sinan Oğan koalisiya tərəfindən ölkə prezidentliyinə namizəd kimi irəli sürülüb.

Oğanın sözlərinə görə, koalisiyanın əsas sütunu pul və ya xarici dövlətlərin dəstəyi deyil, Türkiyə xalqıdır.

Maraqlıdır ki, Sinan Oğan rus dilini bilir, həm də 2009-cu ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda beynəlxalq münasibətlər və siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə