Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Moldova Prezidenti Maya Sandu ilə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Şarl Mişel “Twitter“ səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, Avropa İttifaqının Moldovaya dəstəyi sarsılmazdır.
“İyun aykeçiriləcək Avropa Siyasi Birliyi iclası müzakirə edildi. Həmçinin Moldovanın islahatlar aparmaq əzmini və Avropa yolunda irəlilədiyi səylərini alqışladıq. Avropa İttifaqı ilə Moldova arasındakı əlaqələr yeni strateji mərhələdə davam edir”, - deyə Şarl Mişel bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB