Sankt-Peterburqda Moskva Rayon Məhkəməsi bələdiyyə deputatı Oleq Starojukovun həbsi ilə bağlı istintaqın vəsatətini təmin edib və onu istintaq təcridxanasına göndərib.
SİA xəbər verir ki, bu barədə bazar günü, martın 12-də Fontanka nəşri öz Telegram kanalında məlumat yayıb.
Beləliklə, istintaqın məlumatına görə, 26 dekabr 2020-ci il tarixində bələdiyyənin müavini tərəfindən tapılan tikinti şirkəti ilə bələdiyyənin rəhbərliyi müqavilə bağlayıb.
Şirkət ərazini yaxşılaşdırmalı idi. Lakin işlərin düzgün aparılmamasına baxmayaraq, podratçıya 20 milyondan çox vəsait köçürülüb.
Müstəntiqlər hesab edirlər ki, səhv yerinə yetirilən işdən xəbərdar olan rusiyalı deputat büdcə vəsaitlərinin şirkətə köçürülməsini təşkil edib.
Qeyd edək ki, bir müddət əvvəl, fevralın 8-də “Darvol” zərgərlik brendinin sahibi Spiridonovanın dələduzluq maddəsi ilə istintaq təcridxanasına göndərildiyi barədə məlumat yayılıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB