İştirakçıları Ukraynaya dəstək verməyə qarşı çıxan Avropada artan etirazlar Kiyev üçün fəlakətə çevrilə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin özünün YouTube kanalında bildirib.
Belə ki, onun sözlərinə görə, Çexiyada Ukraynanın opponentləri ilə bağlı vəziyyət gərginləşir. Bundan əlavə, Soskin xatırladıb ki, bolqar siyasətçi meriya qarşısında Ukrayna bayrağını cırıb.
Qeyd edək ki, bundan əvvəl, martın 11-də hökumət əleyhinə “Çexiya yoxsulluğa qarşı” aksiyasının iştirakçıları Milli Muzeyin binasından Ukrayna bayrağının götürülməsinə çağırıblar. Küçədəki etirazçılar “Biz Çexiya bayrağını istəyirik” şüarları səsləndiriblər.
Bundan az əvvəl Bolqarıstanda “Mir” partiyasından olan deputatlığa namizəd Atanas Ştefanov Sofiya meriyasının fasadından Ukrayna bayrağını çıxararaq cırıb.
Siyasətçi mer Yordanka Fandykovanın ofisinə daxil olaraq onu “8 Mart” münasibətilə təbrik edib, sonra meriyanın terrasına çıxıb və Ukrayna bayrağını faşist adlandıraraq küçəyə atıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB