Bu arada Hindistan Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozmamaq və neft tavanına əməl etmək qərarına gəlib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən xəbər yayıb.
Hindistan nümayəndələrinin martın əvvəlində G20 dövlətlərinin nazirlər görüşü çərçivəsində “Yeddilik Qrupu” (G7) ölkələrindən olan həmkarları ilə sanksiyaları müzakirə etdiyi bildirilir.
Mənbə tərəflərin danışıqların nəticələrindən razı qaldığını bildirib.
Beləliklə, verilən xəbərdə Hindistanın Rusiya neftinin 60 dollar səviyyəsində müəyyən edilmiş qiymət həddini pozmamaq qərarına gəldiyi deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB