Bu arada Moskvada rusiyalı yeddinci mərtəbənin pəncərəsindən tullanaraq sağ qalıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri bazar günü, martın 12-də, “TASS” agentliyi verir.
Agentliyin məlumatına görə, hadisə Kronştadt bulvarında yerləşən yaşayış binasında baş verib. Yanğından xilas olmaq üçün kişi pəncərədən tullanmalı olub.
Maraqlıdır ki, alov söndürüldükdən sonra yanğınsöndürənlər mənzildə 3 yanğın yeri aşkarlayıb. Sən demə mənzili yandıran elə pəncərədən tullananın özü imiş.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə səbəbini araşdırırlar. Zərərçəkmiş isə tibb müəssisəsinə aparılıb.
Yeri gəlmişkən, fevralın 24-də Moskvanın Presnenski Məhkəməsi paytaxtın mərkəzindəki yataqxananın yandırılmasında şübhəli bilinən şəxsi iki ay müddətinə həbsə göndərib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB