Moldovada müxalifətdə olan “Şor” partiyasının sədr müavini Marina Tauber etirazlar zamanı qəbul edilmiş qətnamənin mətnini ölkə hökumətinə verib.
SİA bu barədə rus saytlarına istinad edir.
Verilən məlumata görə, polis siyasətçi və bir qrup deputatı kabinetə buraxıb. Aydın olur ki, mətndə hakimiyyət orqanları vətəndaşların hər üç qış ayı üçün qaz, işıq və istilik haqqını ödəməyə çağırılır.
Nümayişçilər bu çağırışın 24 saat ərzində yerinə yetirilməsini tələb edirlər.
Bundan əlavə, “Şor” partiyası Moldova prezidenti Maia Sandu, parlamentin spikeri İqor Qrosu və baş nazir Dorin Reçeni militarist ritorikadan əl çəkməyə çağırıb.
Etirazçılar hakim elitanın ölkənin rəsmi dilinin Moldova dilindən rumın dilinə dəyişdirilməsi qərarını da tənqid ediblər.
Trauber, rəsmi Kişinyov vətəndaşların ifadə azadlığı hüququna hörmət etmədiyini və demokratik normaları pozduğunu bildirib.
Bundan əvvəl Kişinyovda 54 müxalifətçinin, o cümlədən 21 azyaşlının şübhəli davranışa görə saxlanıldığı bildirilirdi. Onların özlərini şübhəli apardıqları, həmçinin yanlarında qadağan olunmuş əşyaların olduğu bildirilir. Onların hamısı şəxsiyyət və sənədləşmə işləri üçün polisə təhvil verilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB