Nüvə qabiliyyətinə malik Amerikanın “B-52” strateji bombardmançı təyyarəsi Sankt-Peterburqdan təxminən 210 kilometr aralıda Rusiyanın şimal-qərb sərhədi üzərində uçub. Deyilənlərə görə, onu polşalı döyüşçülər müşayiət edib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu isə rus saytları etiraf ediblər: “...Rus ordusu, görünür, onun qarşısını ala bilməyib”.
Bu arada “Flightradar24” xidmətinin məlumatına görə, uçuş şənbə günü axşam Finlandiya körfəzi ərazisində baş verib. Polşa aerodromundan havaya qalxan təyyarə Baltik dənizi üzərindən uçaraq Estoniyanın Saaremaa adası yaxınlığında Sankt-Peterburqa tərəf dönüb. Rusiyanın Qoqland adasının ərazisində o, kursunu dəyişərək, Baltikyanı ölkələr üzərində uçub.
Polşanın müdafiə naziri Mariuş Blaşçak “tvitter” hesabında bombardmançıların polşalı qırıcıların müşayiəti ilə uçduğunu yazıb.
Qeyd edək ki, əvvəllər Rusiya sərhədlərinə yaxınlaşan NATO bombardmançılarını adətən rus qırıcıları müşayiət edirdi.
Amma bu dəfə belə olmayıb.
Bu arada Rusiyanın Qərb Hərbi Dairəsinin mətbuat xidməti “Moskovski Komsomolets”ə növbəti hava hücumu zamanı müdafiə qüvvələrini artırılacağını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB