Ukraynadakı münaqişənin məqsədləri və onun gələcək sonu ilə bağlı Vaşinqton və Kiyev arasında fikir ayrılıqları artır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, iki dövlət arasında bir sıra gərginlik ocaqları var ki, bunlar arasında “Şimal axını”nını pozmaq, Artemovskdakı vəziyyət və Ukrayna tərəfinin Krım uğrunda döyüşmək niyyətidir.
Belə ki, ABŞ prezidenti Cozef Bayden administrasiyası Kiyevə Ukraynadan kənarda bəzi zorakı hərəkətlərin yolverilməz olduğunu bildirib.
Qeyd edək ki, daha əvvəl “Washington Post” Ukraynada istifadə edilən Rusiyanın “Kinjal” hipersəs raketlərinin ABŞ və onun Qərb müttəfiqlərini qorxutduğunu yazmışdı. Bildirilib ki, hipersəs raketlərindən istifadə Moskvanın təkmilləşdirilmiş arsenalına dair narahatlığı təzələyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB