Polislə etirazçılar arasında toqquşma olub

Polislə etirazçılar arasında toqquşma olub

Bu gün Kişinyovun mərkəzində polislə etirazçılar arasında toqquşma olub. “İnterfaks” xəbər verir ki, bu, polisin nümayişçilərin şəhərin mərkəzi meydanına daxil olmasına mane olan kordon qurmasından sonra baş verib.

Daha sonra fəallar prezident administrasiyası və parlament binalarına qayıtmağa cəhd ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, toqquşmalar zamanı aksiyada iştirak etmək niyyətində olan 54 nəfər saxlanılıb. Yerli polisin məlumatına görə, saxlanılan şəxslər özlərini şübhəli apardıqlarına görə onların üstü axtarılıb və onlardan qadağan olunmuş əşyalar, o cümlədən bıçaqlar aşkar edilib.

Verilən məlumatına görə, etirazçılar həmçinin hakimiyyətdən üç qış ayı üçün kommunal xərclərin ödənilməsini tələb ediblər.

Bundan əlavə, onlar siyasi tələblər irəli sürürlər - prezidentin və parlamentin istefası, növbədənkənar seçkilərin keçirilməsi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə