2018-ci ildən bəri ABŞ sanksiyaları altında olan 65 yaşlı general Li Şanfu Çin Xalq Respublikasının müdafiə naziri oldu.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onun namizədliyi Ümumçin Xalq Nümayəndələri Konqresinin beşinci plenar iclasında keçirilən səsvermədə təsdiqlənib.
Qeyd edək ki, general Li Şanfu Çin Müdafiə Nazirliyinin rəhbəri postunda 69 yaşlı Vey Fenqeni əvəz edib. Bundan əvvəl o, 2017-ci ildən Çin Xalq Respublikası Mərkəzi Hərbi Komissiyasının Təlim və Təchizat Departamentinə rəhbərlik edib.
O, 10 il ərzində Xiçang Kosmik Mərkəzinin direktoru vəzifəsində çalışıb, eyni zamanda Çin Xalq Azadlıq Ordusunun Strateji Dəstək Qüvvələri komandirinin müavini vəzifəsində işləyib. Li Şanfu tez-tez “Kosmos generalı” da adlandırılır.
2018-ci ildən Çinin yeni müdafiə naziri ABŞ Maliyyə Nazirliyinin Rusiya ilə hərbi əməkdaşlığa, xüsusən də Rusiya təyyarələri və S-400 raket sistemlərinin alınmasına görə sanksiya siyahısında olduğundan Vaşinqton və Pekin arasında hərbi sahədə qarşılıqlı əlaqə daha da mürəkkəbləşəbilər.
Axı Çinin yeni müdafiə nazirinin ABŞ-a girişi qadağan edilib.
Qeyd edək ki, bu ərəfədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü Li Qianq Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri təyin edilib.
Ona 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Konqresinin sessiyasının nümayəndələri şənbə günü keçirilən plenar iclasda səs veriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB