"Hatayı yalnız buraxmayacağıq". SİA xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bu gün 3 dəfədir ki, zəlzələ bölgəsinə gəlirik. Yarım milyondan çox insan burada vəzifəsinin başındadır. Əsgəri, jandarmı, digər qurumları - hamısı sahədədir. Hatay aeroportunu 1 həftəyə düzəltdik. Yeni binaları tikməyə davam edirik. 183 min mənzil və 15 min kənd evi inşa etməyi planlaşdırırıq. 426 min çadır qurmuşuq, 100 min konteyneri də qurmağı nəzərdə tutmuşuq. Hər dəfə gəlib şəxsən görülən işlərə nəzarət edəcəyik", - deyə Ərdoğan söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB