Türkiyənin Osmaniye vilayətində yenidən zəlzələ qeydə alınıb

Türkiyənin Osmaniye vilayətində yenidən zəlzələ qeydə alınıb

Türkiyənin Osmaniye vilayətində yenidən zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Düziçi rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə