Almaniyanın 4 hava limanında martın 13-də keçiriləcək tətillər səbəbindən həmin günə olan 300-dən çox reys ləğv edilib. SİA xəbər verir ki, bu barədə "Focus Online" portalı məlumat yayıb.
Tətillər “Verdi” ittifaqının çağırışı ilə Bremen, Hamburq, Hannover hava limanlarında keçiriləcək. Ən çox reyslər ölkənin ən böyük hava limanlarından birində - Berlində ləğv edilib. Burada 200 reys ləğv olunub.
"Verdi" Almaniya daxilində yüzlərlə hava limanının işçiləri üçün iş şəraitinin yaxşılaşdırılmasını istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB