"Ən son Can Azərbaycan qalmışdı" - Çavuşoğlu

"Ən son Can Azərbaycan qalmışdı" - Çavuşoğlu

Xarici ölkələrdən Türkiyəyə gələn bütün axtarış-xilasetmə qrupları ölkələrinə geri qayıdıb. SİA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir deyib ki, Türkiyədə axtarış-xilasetmə işlərinə 90 ölkədən 11 min 320 nəfər köməyə gəlib.

"Ən son Can Azərbaycan qalmışdı. Can Azərbaycan da işlərini tamamladıqdan sonra geri döndü”, - o vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə ümumilikdə 760 nəfər axtarış-xilasetmə heyəti gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə