Səudiyyə Ərəbistanının bir çox şəhərlərində, xüsusən də Məkkədə güclü yağış xəbərdarlığının verilməsindən sonra ölkədə “distant təhsil” qərarı verilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, Məkkə, Ciddə, Taif, əl-Bəha və əl-Mahva şəhərlərinin təhsil üzrə rəhbərliyi, sabah ibtidai və orta təhsil müəssisələrində təhsilin distant rejimdə aparılacağını açıqlayıb.
Rəhbərlik tərəfindən verilən açıqlamalarda, distant təhsil qərarının tələbələrin və təhsil işçilərinin təhlükəsizliyini təmin etmək üçün alındığı qeyd edilib. Taif Universitetindən verilən açıqlamada bildirilib ki, universitet sabah təlimləri məsafədən davam etdirəcək.
Qeud edək ki, Səudiyyə Ərəbistanı Mülki Müdafiə Birliyinin yanvarın 10-da verdiyi açıqlamada leysan nəticəsində 2 nəfərin öldüyü açıqlanıb. Ölənlərdən birinin Mədinədə yağış suları gölməçəsində, digərinin isə Əsir bölgəsindəki Zehban vadisində əmələ gələn su bataqlığında boğularaq öldüyü qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB