Macarıstanda 40-dan çox avtomobil toqquşub

Macarıstanda 40-dan çox avtomobil toqquşub

Macarıstanda 5 yük və 37 minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstan polisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ölkənin paytaxtı Budapeşt şəhəri yaxınlığındakı “M1” adlı magistral yolda 42 avtomobil toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində 19 avtomobil yanıb. Zəncirvari qəzada 36 nəfər yaralanıb, 13-nün xəsarəti ağırdır. Qəzadan sonra polis magistral yolu hər iki istiqamətdə bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə