“Şimal axını”nın partladılmasında yeni şübhəli...

“Şimal axını”nın partladılmasında yeni şübhəli...

Yunanıstan bayrağı altında “Minerva Julie” tankeri keçən il sentyabrın 6-da bir həftə Baltik dənizində, sentyabrın 26-da partlayışların baş verdiyi “Şimal axını” qaz kəmərlərinin yaxınlıqğıda “hərlənib”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Amerikanın internet media şirkəti “Business Insider” yazıb.

Nəşrin yazdığına görə, Danimarkadan olan açıq məlumat analitiki Oliver Alexander ilk olaraq tankerin qaz kəmərləri sahəsində dayanmasına diqqət yetirib. O qeyd edib ki, təxminən tankerlə eyni yerdə yaxta olub.

... Almaniya mətbuatının yazdığına görə, tankerin qaz kəmərlərinin yaxınlıqğıda “hərlənməsi” partlayıcı maddələrin çatdırılması ilə bağlı ola bilər.

Maraqlıdır ki, “Minerva Julie” sahibi də “Business Insider”ə gəminin Baltik dənizində olduğunu təsdiqləyib. Onun sözlərinə görə, tankerin ekipajı səyahətlə bağlı yeni təlimatlar gözləyirmiş və bu, standart təcrübədir.

Nəşr qeyd edir ki, Minerva Julie-nin dayanması ilə bağlı məlumatlar sosial şəbəkələrdə gəminin uzun müddət dayanması ilə bağlı fərziyyələrə səbəb olub, lakin mövcud məlumatlar ekipajın təxribatda iştirak etdiyini göstərmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə