Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Kiyev-Peçersk Lavrası ətrafında vəziyyətlə bağlı dini liderlərə və beynəlxalq xadimlərə müraciət edib.
SİA-nın əldə etdiyi məlumata görə, mesaj Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri Departamentinin saytında dərc olunub.
Rus Pravoslav Kilsəsinin rəhbəri, Ukrayna rəsmilərinin kanonik Ukrayna Pravoslav Kilsəsinin rahiblərini monastırdan qovmasını repressiya adlandırıb.
Qeyd edək ki, Patriarx Kirill müraciəti Yerli Pravoslav Kilsələrinin Primatlarına, Roma Papasına, Kopt Kilsəsinin Patriarxına, Anqlikan Birliyinin rəhbərinə, Ümumdünya Kilsələr Şurası, BMT və ATƏT-in baş katiblərinə və bir sıra digər təşkilatlara ünvanlayıb.
Yeri gəlmişkən, bu arada Rusiya Dini Etiqad Azadlığının Müdafiəsi Assosiasiyasının rəhbəri Sergey Melnikov, bütün gücü ilə sovet keçmişindən qurtulmağa çalışan Ukrayna hakimiyyətini 1920-1930-cu illərdə SSRİ-nin ən pis siyasi əməllərini təkrarladığını bildirib.
Ukrayna hakimiyyətinin bugünkü tələbinin növbəti ayrı-seçkilik və insan hüquqlarının pozulması olduğunu deyən Melnikov, beynəlxalq insan haqları ictimaiyyətini kənarda qalmamağa çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB