İran Rusiyanın “Su-35” qırıcılarının alınması prosedurunu başa çatdırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şənbə günü İranın dövlət televiziyası IRIB İranın BMT-dəki daimi nümayəndəliyinə istinadən məlumat yayıb.
Beləliklə, İran bir sıra ölkələrdən İrana döyüş təyyarələri satmaq imkanını araşdırmaq üçün müraciət edib və Rusiya bu müraciətə müsbət cavab verib.
Qeyd edək ki, daimi nümayəndəlik müqavilənin şərtləri, nə vaxt bağlandığı və neçə döyüş təyyarəsinin gətiriləcəyi barədə məlumat verməyib.
Türkiyənin “Anadolu” agentliyi İran mətbuatına istinadən Rusiyadan alınacaq 24 döyüş təyyarəsindən danışıqlar aparıldığını bildirib.
Maraqlıdır ki, İsrailin “Kanal 12” telekanalı burada söhbətin əvvəlcə Misirə satılmalı olan hərbi təyyarələrdən getdiyini bildirib.
Yeri gəlmişkən son aylar Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Moskva və Tehran təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirib.
Onu da qeyd edək ki, dekabrda ABŞ prezidenti Cozef Bayden administrasiyasının sözçüsü jurnalistlərə Rusiya və İran arasında hərbi əməkdaşlığın “görünməmiş səviyyəyə” çatdığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB