Belarus prezidenti Aleksandr Lukaşenko, Polşa hakimiyyətinin geri çəkiləcəyini və yük maşınlarının Belarus-Polşa sərhədindən keçməsinə qoyulan məhdudiyyətləri aradan qaldırmalı olacağını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə dövlət başçısının iştirakı ilə Nazirlər Şurasının keçirilən iclasından fraqment nümayiş etdirən “ONT” telekanalı xəbər yayıb.
Lukaşenkonun dediyinə görə, amerikalılar Avropanı məhv etməyə çalışsalar da, hər halda, Avropa, xüsusən də polyaklar buradan geri çəkilməli olacaqlar.
Belarus prezidenti, bu vəziyyətdə Belarusla sərhəddə ağır yük maşınları üçün keçid məntəqələrinin fəaliyyətini məhdudlaşdıran Polşanın hərəkətləri digər dövlətlərin, o cümlədən Avropa İttifaqı üzvlərinin maraqlarına xələl gətirdiyini bildirib.
Lukaşenkoya görə, hazırda hətta Almaniya da polyakların Belarusla sərhəddəki hərəkətlərini qəti şəkildə qəbul etmir.
Bu gün Polşa hakimiyyəti hər şeyi dayandırıb. Ən maraqlısı isə ondan ibarətdir ki, bundan ən az əziyyət çəkən biz belaruslarıq.
Əziyyət çəkən Şərq ölkələri, Çin, Qazaxıstan, hətta türklər, Birləşmiş Ərəb Əmirlikləridir.
Ona görə də hamı buna qarşı çıxır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB