Avtobuslar toqquşub, 3 nəfər xəsarət alıb.

Avtobuslar toqquşub, 3 nəfər xəsarət alıb.

Moskvanın qərbində iki avtobusun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS-a hüquq-mühafizə orqanlarına istinadla məlumat verib.

“Proizvodstvennaya küçəsində iki avtobusun iştirakı ilə qəza baş verib. Onlardan birində 50, ikincisində 30 nəfər olub. Qəza nəticəsində biri uşaq olmaqla üç nəfər xəsarət alıb”, polisdən bildirilib.

Hadisə yerində yol polisi əməkdaşları işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə