Papa Kiyevə getməyə hazır olduğunu bildirib

Papa Kiyevə getməyə hazır olduğunu bildirib

Papa Fransisk Moskvaya da gedəcəyi təqdirdə, Kiyevə də getməyə hazır olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “La Nation”a müsahibəsində danışıb.

“Mən Kiyevə getməyə hazıram və ora getmək istəyirəm. Amma mən bunu Moskvaya getmək şərti ilə edəcəm. Mən hər iki yerə gedirəm, ya da heç birinə getmirəm”.

Bu fikirlər Papa Fransiskə məxsusdur.

Roma Papası həmçinin Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenskinin görüşünün mümkün olmadığını hesab edib. Bununla belə, o, nümayəndələrin dünya görüşünün təşkil ediləcəyini etiraf edib.

Qeyd edək ki, bundan əvvəl Roma Papası Ukraynadakı münaqişəni dünya müharibəsi adlandırıb, burada təkcə Rusiyanın deyil, bütün ölkələrin imperiya maraqlarının qarışdığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə