Gürcüstan xaricdən xeyli silah alacaq

Gürcüstan xaricdən xeyli silah alacaq

Gürcüstan ölkənin müdafiə qabiliyyətini artırmaq üçün xarici ölkələrdən xeyli silah alıb. Cari ildə də silah alışı ilə bağlı bir sıra müqavilələr imzalanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze “İmedi” televiziya kanalına müsahibəsində məlumat verib.

Nazir deyib ki, Gürcüstan ölkənin müdafiə qabiliyyətinin artırılması və silahlanma istiqamətində çox uğurlu addımlar atıb. Cari ildə bununla əlaqədar çox vacib müqavilələr imzalanıb. Artıq silah alınması ilə bağlı İspaniya, Polşa, İsveç şirkətləri ilə müqavilələr imzalanıb. Bu işlər bundan sonra da davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə