EBRD-nin vitse-prezidenti Türkiyəyə səfər edəcək

EBRD-nin vitse-prezidenti Türkiyəyə səfər edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) vitse-prezidenti Yurgen Riqterink martın 12-də Türkiyəyə səfər edəcək. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Bankdan verilən açıqlamada Rigterinkin Türkiyənin İstanbul və Ankara şəhərlərində dövlət rəsmiləri və özəl sektor nümayəndələri ilə görüşlər keçirəcəyi bildirilib.

“Türkiyə Avropa Yenidənqurma və İnkişaf Bankı üçün çox vacib ölkədir. Baş verən dağıdıcı zəlzələ ilə yanaşı, fəlakətin görünməmiş iqtisadi tərəfi də var. Bunun üçün möhkəm və mənalı dəstək lazımdır. Buna görə də, Avropa Yenidənqurma və İnkişaf Bankı qarşıdakı iki il ərzində Türkiyənin cənub-şərq bölgəsinə 1,5 milyard avroya qədər sərmayə qoymağı planlaşdırır”,-deyə Avropa Yenidənqurma və İnkişaf Bankının vitse-prezidenti qeyd edib.
Rigterink deyib: "Avropa Yenidənqurma və İnkişaf Bankı olaraq Türkiyəyə bərpa və yenidənqurma işləri ilə bağlı göstərdiyi səylərə səmərəli və uzunmüddətli dəstək vermək istəyirik''.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı 2009-cu ildən etibarən Türkiye iqtisadiyyatına təxminən 17 milyard avro sərmayə qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə