“2024-cü ildə Ukrayna prezidentliyinə namizədliyimi irəli sürəcəm”

Priqojin Ukrayna prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir
“2024-cü ildə Ukrayna prezidentliyinə namizədliyimi irəli sürəcəm”

Təbii ki, aşpazlıqdan təsisçisiliyə qədər “yüksələn” biri üçün indi ölkə prezidenti olmaq istəyi Sizə elə də təəccüblü görünməməlidir.

Beləliklə, Priqojin 2024-cü ildə Ukrayna prezidentliyinə namizədliyini irəli sürmək niyyətini açıqlayıb

SİA-nın əldə etdiyi məlumata görə, martın 11-də hərbi komandir Aleksandr Simonov Telegram kanalında “vaqnerçinin” videomüraciətini dərc edib.

“İndi bütün rusları və bütün dünyanı heyrətləndirəcək mühüm bəyanat olacaq. Mən bir siyasi çıxış edirəm. Sadəcə siyasi ambisiyalarım var idi, ətrafdakı hər şeyə baxırdım. Mən 2024-cü ildə Ukrayna prezidentliyinə namizədliyimi irəli sürmək qərarına gəldim”.

Bəli, bunu Priqojin bildirib.

Bununla yanaşı, o, bu post uğrunda mübarizədə onun əsas rəqiblərinin Ukraynanın eks-prezidenti Pyotr Poroşenko və Ukrayna dövlətinin hazırkı rəhbəri Vladimir Zelenskinin olacağını deyib.

Hə, deyim ki, Priqojin ukraynalılara xoş bir müjdə də verərək deyib ki, əgər Ukrayna prezidenti olsa, “hər şey yaxşı olacaq” və “mərmilərə ehtiyac olmayacaq”.

Xatırladaq ki, bundan əvvəl Yevgeni Priqojin ukraynalı qadınları 8 Mart münasibətilə Artemivskdən (Baxmut) şampanla dolu yük maşını göndərərək təbrik etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə