Seçkilərdə 36 partiya iştirak edəcək

Seçkilərdə 36 partiya iştirak edəcək

Beləliklə, Türkiyədə keçiriləcək ümumi seçkilərdə 36 partiya iştirak edə biləcək.

SİA-nın əldə etdiyi məlumata görə, səsvermə mayın 14-də səhər saat səkkizdə başlayır və həmin gün axşam saat 5-də başa çatacaq.

Bütün seçki məntəqələri bağlandıqdan sonra səslərin hesablanmasına başlanılacaq. Bununla paralel olaraq KİV-lər işlənmiş bülletenlərin məlumatlarını onlayn olaraq dərc edəcəklər.

Qeyd edək ki, seçki günü Türkiyə xalqı həm yeni prezidenti, həm də parlamenti seçəcək. Dövlət başçısı vəzifəsinə namizədlərdən heç biri 50 faizlik həddi aşa bilməsə, ikinci tur mayın 28-də keçiriləcək.

İlkin olaraq Türkiyədə ümumi seçkilər iyunun 18-də keçirilməli idi, lakin bir gün əvvəl prezident Rəcəb Tayyib Ərdoğan onların təxminən bir ay əvvəl keçirilməsi ilə bağlı fərman imzalayıb.

Türkiyə lideri seçkilərin mayın 14-nə təxirə salınmasını “mövsümi şəraitlə” izah edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə