Pakisyanda qarşıdurma, beş silahlı zərərsizləşdirilib

Pakisyanda qarşıdurma, beş silahlı zərərsizləşdirilib

Pakistanın Şimali və Cənubi Vəziristan bölgələrində baş verən qarşıdurmada təhlükəsizlik qüvvələri 5 silahlını zərərsizləşdirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Pakistan ordusundan verilən bəyanatda təhlükəsizlik qüvvələrinin Şimali və Cənubi Vəziristan bölgələrində ayrı-ayrı əməliyyatlar həyata keçirdiyi bildirilib.

Toqquşmalarda 5 silahlının zərərsizləşdirildiyi vurğulanıb.

Pakistan ordusunun yaydığı bəyanatda silahlıların hansı təşkilata üzv olduqları barədə məlumat veriləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə