"Artemivsk bizə vaxt qazanmaq üçün lazımdır"

"Artemivsk bizə vaxt qazanmaq üçün lazımdır"

Ukrayna Silahlı Qüvvələri vaxt qazanmaq üçün Artemivsk (Baxmut) müdafiəsini davam etdirir.

SİA rus saytlarına istinadən bunun Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski tərəfindən səsləndirildiyini bildirir.

“...Biz ehtiyat toplamaq və yaz əks-hücumuna başlamaq üçün vaxt qazanmalıyıq”. Artemovska gələn Sırskideyib bunu.

Gərək ki, SİA-nın əvvəl də qeyd edtdiyi kimi, ruslar 7 aydır ki, balaca bir şəhəri ala bilmirlər. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri 2022-ci ilin avqustundan Artemivskdə xətti saxlayır. Onu da qeyd edək ki, martın 7-də “Donetsk Xalq Respublikası” guya şəhərin yarısına nəzarət etdiyini bildirmişdi.

Amma Ukrayna hakimiyyətinin Artemovskın müdafiəsini davam etdirməyə hazırlaşdığı görünür.

Bu arada Rusiyanın müdafiə naziri Sergey Şoyqu, rusların şəhəri tutacaqları təqdirdə bunun Rusiya Silahlı Qüvvələrinə Ukraynanın dərinliklərinə doğru irəliləməyə imkan verəcəyni bildirib.

Maraqlıdır ki, ABŞ Mərkəzi Komandanlığının rəhbəri Lloyd Oustin bazar ertəsi, “əgər Rusiya qoşunları Ukraynanın şərqindəki Artemivsk şəhərinə nəzarəti ələ keçirə bilsələr, bu, münaqişədə həlledici dəyişiklik yaratmayacaq”-deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə