Xersonda Rusiyanın atəşi nəticəsində 3 nəfər ölüb

Xersonda Rusiyanın atəşi nəticəsində 3 nəfər ölüb

Martın 11-də səhər saatlarında Xersonda rus ordusunun atəşə tutması nəticəsində 3 nəfər həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Xerson vilayəti administrasiyasının rəhbəri Aleksandr Prokudin verib.

Verilən məlumata görə, yerli sakinlər Nikolaevski şossesində yerləşən supermarketin yaxınlığında atəşə tutulub. Mərmi atəşindən sonra vurulan maşın yanıb. Əvvəlcə iki nəfərin xəsarət aldığı bildirilsə də, sonradan onların sayı üç nəfərə yüksəlib.

“Azadlıq” radiosunun Ukrayna xidmətinin müxbiri zərbə yerindən video çəkib.

Xerson vilayəti administrasiyasının məlumatına görə, martın 10-da son sutka ərzində Rusiya qoşunları bölgənin Ukraynanın nəzarətində olan yaşayış məntəqələrini 71 dəfə atəşə tutaraq, 335 mərmi atıblar.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi etiraf edir: bir sutka ərzində 50-dən çox ukraynalı hərbçini, üç zirehli döyüş maşınını, habelə Ukrayna Silahlı Qüvvələrinin 124-cü Ərazi Müdafiə Briqadasının sursat anbarını məhv etdiklərini deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə