“Yandı qız...yox-yox rusun dədəsi..?”

Avropa İttifaqı üçüncü ölkələrdən Rusiya üzərində ixrac nəzarətini gücləndirməyi xahiş edir
“Yandı qız...yox-yox rusun dədəsi..?”

Avropa İttifaqı üçüncü ölkələrdən Rusiyanın hərbi istehsal və Ukraynaya qarşı müharibədə istifadə edə biləcəyi yüksək texnologiya, eləcə də digər mallara ixrac nəzarətini gücləndirməyi xahiş edəcək.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Agentliyin həmsöhbətləri bildiriblər ki, sorğu ilk növbədə Avropa İttifaqından idxalın artdığı ölkələrə şamil olunacaq. Brüssel sanksiyalara məruz qalmış texnologiyaların və malların Rusiya bazarına daxil olub-olmadığını müəyyən etmək üçün ticarət axınları haqqında məlumatların toplanmasının artırılmasını xahiş edəcək.

Qeyd edək ki, sanksiyaların tətbiqindən sonra Avropa İttifaqı və G7 ölkələrindən Rusiyaya qabaqcıl yarımkeçiricilər, inteqral sxemlər eləcə də digər texnologiyaların ixracı əhəmiyyətli dərəcədə azalıb.

Maraqlıdır ki, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və digər Orta Asiya ölkələrinə çatdırılmalar artıb deyə, bu ölkələr də Rusiyaya ixracı artırıblar.

Məhz elə bəlkə də buuna görədir ki, Avropa İttifaqı və onun müttəfiqləri indi daha çox diqqəti sanksiyalardan yayınmanın qarşısını almağa yönəldirlər.

Qeyd edək ki, ABŞ Rusiya ilə ticarət axınını məhdudlaşdırmaq üçün Türkiyə və BƏƏ-yə də təzyiqləri artırır.

Ötən gün SİA-nın da xəbər verdiyi kimi, artıq Türkiyə sanksiyalara məruz qalan malların Rusiyaya tranzitini dayandırıb, lakin Türkiyə bazarına satılan məhsulların yenidən ixrac oluna biləcəyi ilə bağlı narahatlıqlar hələ də qalmaqdadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə