Türkiyədə Balıkəsirdə Bandırma rayonunda birlikdə yaşadığı 3 aylıq hamilə Hazal Alpyörükü (19) bıçaqlayaraq öldürən Kadir Meşenin (30) mühakimə olunduğu işdə, əvvəlki iclasda tələb edilən ekspertiza nəticəsi məhkəməyə çatıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumatda qətlin 25 santimetrlik bıçaqla törədildiyi, Hazal Alpyörükün baş, boyun, bel və cinsiyyət orqanlarında ümumilikdə 97 kəsik olduğu bildirilib. Məhkəmə, Kadir Meşenin psixi cəhətdən sağlam olub-olmadığını müəyyən etmək üçün hesabat verilməsinə qərar verib.
Hadisə 2022-ci il fevralın 15-də Hacıyusuf Məhəlləsi Vacihibəy küçəsində baş verib. Kadir Meşe ilə dini nikahda olan Hazal Alpyörük arasında “qısqanclıq”zəminində mübahisə düşüb. Müzakirə zamanı Meşe 3 aylıq hamilə olan Alpyörükə mətbəxdən bıçaqla xəsarət yetirib. Qonşuların çağırdığı təcili yardımla Bandırma Təhsil və Araşdırma Xəstəxanasına aparılan Hazal Alpyörük həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra polis bölməsinə gedərək təslim olan Kadir Meşe "qəsdən adam öldürmə" ittihamı ilə həbs edilib.
Bandırma Ağır Cəza Məhkəməsində Kadir Meşenin işi davam etdirilib. İclasda Kadir Meşe, Hazal Alpyörükun yaxınları və tərəflərin vəkilləri iştirak edib. Kadir Meşe məhkəmədəki müdafiə çıxışında “Qayınanam sosial şəbəkədə həyat yoldaşımı pul qarşılığında satırdı. Hazal narkotikdən istifadə edirdi. Hazal məndən yox, başqasından hamilə idi. Evə gələndə yataq otağına keçdik. Mən Hazala müxtəlif nahiyələrdən dəfələrlə bıçaq zərbəsi vurmuşam. Sonra evdən çıxdım. Bir az sonra evə qayıtdım ki, bəlkə ölməyib, təcili yardımla xəstəxanaya aparım. Lakin açarım mənzilin qapısında qaldığından içəri girə bilmədim və bağdan evə girdim. Həyat yoldaşım ölməmişdi və çarpayıda xırıldayırdı. Yenidən bıçaqlamağa başladım. Sonra polis bölməsinə gedib təslim oldum”, - deyə o bildirib.
Məhkəmə sədri Qədr Meşe, "Pəşman oldunuzmu?" sualına “Peşmanam. Allahın verdiyi canı Allah alır” deyib.
Hazal Alpyörükün anası Sevcan Alpyörük Kadir Meşenin iddialarını rədd edərək, onun ən ağır cəzanı almasını istədiyini bildirib.
Əvvəlki iclasda tələb edilən ekspertiza hesabatı da məhkəməyə çatdı. Açıqlanan hesabatda qətlin 25 santimetrlik bıçaqla törədildiyi, Hazal Alpyörükün baş, boyun, bel və cinsiyyət orqanında ümumilikdə 97 kəsik olduğu bildirilib. Həkim rəyində dünyasını dəyişən Hazalın bətnindəki körpənin Kadir Meşe olduğu açıqlanıb.
Məhkəmə, Kadir Meşenin psixi cəhətdən sağlam olub-olmadığını müəyyən etmək üçün hesabat verilməsinə qərar verib və həbsdə saxlanmasının davam etdirilməsinə qərar verərək, iclası iyun ayına təxirə salıb.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB