Pakistanın baş naziri Şahbaz Şərif fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlər səbəbindən Türkiyəyə martın 23-dək 50 min qış çadırı göndərəcəklərini açıqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şahbaz Şərif Türkiyədə zəlzələ yardımının qiymətləndirilməsi üçün Lahorda keçirilən iclasa sədrlik edib.
İclasda türk Gəlir və Maliyyə Naziri İshak Dar, yardım əməliyyatlarını həyata keçirən Plan və İnkişaf Naziri Əhsan İkbal və Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin (NDMA) sədri general-leytenant İnam Haydar Malik iştirak edib.
Baş nazir Şərif 23 mart tarixinə qədər Türkiyəyə 50 min çadır göndəriləcəyini açıqlayıb və çadırların qış şərtlərinə uyğun olmasını təmin etmək üçün NDMA-ya göstəriş verib.
Çadırlarla yanaşı, Türkiyəyə 38 min ədyal göndərimi Pakistan Beynəlxalq Hava Yolları (PİA) tərəfindən həyata keçiriləcək. Bununla yanaşı, 34 uçuşla zəlzələdən zərər çəkən Suriyaya 22 min ədyal və 10 min ərzaq bağlaması göndəriləcək.
Pakistan Hərbi Dəniz Qüvvələrinin ikinci gəmisi bu gün Kəraçidən Türkiyəyə yola düşəcək. Fevralın 28-də donanmanın ilk gəmisi 1000 ton yardımla Türkiyəyə göndərilib.
Türkiyəyə 8200 çadır daşıyan mülki yük gəmisi də martın 9-da Kəraçidən yola düşüb.
Pakistan hökuməti indiyədək Türkiyəyə hava, quru və dəniz yolu ilə 17 mindən çox qış çadırı və 60 min ədyal göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB