Böyük Britaniyanın baş naziri Rişi Sunak Parisdə keçirilən Fransa-Britaniya Sammitində Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransı keçirib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, sammitdə qeyri-qanuni miqrasiya, enerji və təhlükəsizlik məsələləri müzakirə edilib.
İki ölkə Manş boğazından qeyri-qanuni mühacirlərin keçidi ilə bağlı razılığa gəlib. Müqaviləyə əsasən, Britaniya kiçik qayıq keçidlərinin qarşısını almaq üçün Fransaya 500 milyon funt sterlinq verəcək. Bu pul Fransada əlavə 500 zabit və yeni həbsxanaya yönəldiləcək. Britaniya problemi həll etmək üçün bu il Fransaya təxminən 63 milyon funt sterlinq ödəməyi planlaşdırmışdı. Bu məbləğ ən azı iki dəfə artacaq, Böyük Britaniya 2023 və 2024-cü illərdə 120 milyon funt-sterlinq ayıracaq.
Yelisey sarayında keçirilən mətbuat konfransında danışan Baş nazir Sunak, keçən il 30 min kiçik qayıq keçidinin bağlandığını, 500 nəfərin həbs edildiyini bildirib. Fransaya veriləcək pulun "insan həyatındakı bu iyrənc ticarətə son qoymağa" kömək edəcəyini qeyd edən Sunak, "Birləşmiş Krallıq və Fransa heç kimin cəzasız olaraq sistemimizi istismar etməməsi üçün birlikdə çalışacaq" dedi.
Razılaşma haqqında məlumat verən Sunak, Fransa ilə imzalanan yeni müqavilədən sonra Manş boğazının keçidlərinin qarşısını almaq üçün pilotsuz uçuş aparatları kimi "mütərəqqi texnologiya"lardan istifadə edərək əlavə 500 Fransız hüquq-mühafizə orqanının yerləşdiriləcəyini bildirib.
Bundan əlavə, Böyük Britaniyadan gələn pullar Fransada yeni təcridxanaya xərclənəcək və mövcud 26 təcridxanaya əlavə olunacaq. Zirvədən sonra açıqlama verən Fransa prezidenti Emmanuel Makron, "Qaçaqmalçıların aradan qaldırılması üçün birlikdə çalışmalıyıq" deyərək, Parisdəki sammitin İngiltərə-Fransa əlaqələrində yeni bir başlanğıc olduğunu sözlərinə əlavə etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB