Kaliforniyada dəhşətli hadisə baş verib

Kaliforniyada dəhşətli hadisə baş verib

ABŞ-ın Kaliforniya ştatında dünən başlayan yeni güclü yağış və fırtınalı hava dalğası səbəbindən 2 nəfər ölüb, 10 minə yaxın insan təxliyə edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ştatın mərkəzi və şimal hissələri yenidən güclü yağış və fırtınanın təsiri altına düşüb.

Kaliforniya Fövqəladə Xidmətlər Bürosunun direktoru Nensi Uord pis hava şəraiti səbəbindən 2 nəfərin öldüyü və təxminən 10 min ştat sakininin təxliyə edildiyi barədə məlumat paylaşıb.

Milli Meteorologiya Xidməti 25 milyon insanın "daşqın xəbərdarlığı" altında olduğunu bildirsə də, “poweroutage.us” saytı 25 mindən çox ev və iş yerinin məhv olduğunu qeyd edib.

Son 3 ayda "atmosfer çayı" adlanan hava dalğası səbəbindən əyalətin yüksək hissələri qarla örtülmüş, sahil və aşağı hissələr isə leysan yağış və daşqınlara məruz qalmışdır.

Sierra Nevada bölgəsində qarın qalınlığı 2,5 metrə yaxınlaşarkən, sahilyanı Santa Cruz şəhərində daşqın səbəbindən bəzi yollar yararsız hala düşüb.

Əvvəlki gün "fövqəladə vəziyyət" elan edən Kaliforniya qubernatoru Newsomun şiddətli hava hadisələrinə qarşı tələb etdiyi federal yardım, əyalətin 34 bölgəsini əhatə etmək üçün prezident Co Bayden tərəfindən də təsdiqləndi.

Digər tərəfdən Cənubi Dakotadan Konnektikut əyalətinə qədər bölgələrdə fərqli bir hava dalğası sistemi də güclü yağış və qar şəklində təsirini göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə