108 nəfərin 260 milyon dollar pulu mənimsənilib

108 nəfərin 260 milyon dollar pulu mənimsənilib

Ermənistanda 4 fırıldaqçı 108 vətəndaşın 101 milyon dramını mənimsəyib. SİA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Komitədən bildirilib ki, 2020-ci ilin yayında İrəvanın 40 yaşlı sakini 32 yaşlı tanışından qondarma kredit şirkətlərinin ofislərinin direktoru funksiyalarını üzərinə götürmək təklifi alıb. O, razılaşaraq 47 və 22 yaşlı iki qadın və digər naməlum şəxslərlə birlikdə müxtəlif adlar altında 14 saxta kredit təşkilatının adından feysbukdakı səhifədə ünvanlı reklamlar təşkil edib.

Müstəntiqlər müəyyən ediblər ki, 101 milyon 182 min 461 dram (260 milyon dollardan çox) dələduzluq yolu ilə mənimsənilib. Toplanılmış dəlillər əsasında 40 yaşlı, 32 yaşlı kişi və iki qadına qarşı külli miqdarda dələduzluq ittihamı irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə