Amerikanın “Meta” şirkəti yeni sosial şəbəkənin yaradılması üzərində işləyir. SİA xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.
“Biz insanlara real vaxt rejimində yazılı mesajlar mübadiləsi etməyə imkan verəcək mərkəzləşdirilməmiş müstəqil sosial şəbəkənin yaradılmasını nəzərdən keçiririk", - deyə şirkətin agentliyə təqdim etdiyi bəyanatda bildirilir.
“Platformer” nəşrinin məlumatına görə, sosial şəbəkə ilkin mərhələdədir və onun istifadəyə verilmə tarixi barədə məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB