Binəli Yıldırım Yenidən Rifah Partiyasının qərargahını ziyarət edib

Binəli Yıldırım Yenidən Rifah Partiyasının qərargahını ziyarət edib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Yenidən Rifah Partiyasının qərargahını ziyarət edib. SİA xəbər verir ki, o, partiyanı AKP və MHP-nin təmsil olunduğu "Cumhur İttifaqı"na dəvət edib.

Binali Yıldırım Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın oğlu, Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakanla görüşüb. Görüşdən sonra verdiyi açıqlamada Yıldırım partiyanı "Cumhur İttifaqı"nda görmək istədiklərini deyib.

"Ümid edirik ki, bu seçkilərdə birlikdə addımlaya bilərik. Təbii ki, cənab Fatih Ərbakan və dostları bu məsələ ilə bağlı öz qiymətləndirmələrini edəcək və sonra qərarlarını ictimaiyyətlə bölüşəcəklər”, - deyə Yıldırım qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə