Qərb dövlətləri tezliklə Ukraynaya müttəfiq qoşunlarını göndərmək barədə ciddi düşünəcəklər.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiosunun efirində deyib.
“Biz Ukraynanın müttəfiq ölkələrinin əsgərlərinin sərhədi keçərək Ukrayna ərazisinə daxil olmasını təklif etməyə çox yaxınıq”, - Orban deyib bunu.
Macarıstanın baş naziri digər məsələlərlə yanaşı, Qərb ölkələrinin liderlərinin açıq-aşkar “müharibə qızdırması” ilə xəstələndiyini də vurğulayıb.
Siyasətçi onları Kiyev rejiminə dayanmadan silah göndərməkdə ittiham edərək, hərbi texnikanın hər dəfə ciddiləşdiyinə işarə edib.
Qeyd edək ki, bundan əvvəl Viktor Orban Rusiya ilə gələcək münasibətlər barədə ciddi düşünməyə çağırıb. O, qeyd edib ki, Avropa hələ də onların bərpasından uzaq olsa da, münasibətləri normallaşdırmaq lazım olacaq.
Orban həmçinin vurğulayıb ki, Budapeşt Moskva ilə Avropa arasında əlaqələrin davam etdirilməsində maraqlıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB