Aptek alıcılarıyla birgə girov götürülüb

Aptek alıcılarıyla birgə girov götürülüb

Almaniyanın cənubundakı Karlsrue şəhərində naməlum şəxslər aptekdə girov götürüblər. SİA-nın əldə etdiyi məlumata görə, hazırda alman polisi girovları xilas etmək üçün genişmiqyaslı əməliyyat keçirir.

Qeyd edək ki, saxlanılan vətəndaşların dəqiq sayı hələlik məlum deyil.

Almaniyanın “Bild” nəşri yerli hakimiyyət orqanlarının məlumatına istinadən hüquq-mühafizə orqanlarının işinin hələ də davam etdiyini ildirib.

Polis əməliyyat taktikasına görə aptekdəki adamların sayından danışmır. Danışıqlar ancaq bir neçə işğalçı ilə aparılır.

Hazırda binanın ətrafına çoxlu sayda insan toplaşıb. Onların yanında xüsusi təyinatlılar da var. Əməliyyat uzun çəkə bilər deyə, cinayətkarların olduğu küçənin ətrafı mühasirəyə alınıb. Bundan əlavə, evə qayıda bilməyən vətəndaşlar üçün polis əməkdaşları tərəfindən sığınacaq yaradılıb.

Hazırda əhali üçün təhlükəli vəziyyətin olmadığını deyən yerli polis, buna baxmayaraq, şəhərdə və qonşu qəsəbələrdə bir sıra kütləvi tədbirlərin ləğv edildiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə