Deyəsən, “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojin duyuq düşüb. O, Ukrayna Silahlı Qüvvələrinin Artemovsk (Baxmut) ərazisindəki əməliyyat mühasirəsini yarmaq üçün əks-hücum keçirməyə hazırlaşdıqlarını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Priqojinin döyüş meydanındakı vəziyyətlə bağlı şərhi cümə günü, martın 10-da onun mətbuat xidməti tərəfindən Telegram kanalında dərc olunub.
Bu arada Priqojindən Ukrayna Silahlı Qüvvələrinin Artemovsk (Baxmut) mühasirəsini yarmaq və “Vaqner” PMC dəstələrini onun ətrafından sıxışdırmaq üçün planlaşdırılan genişmiqyaslı hücumu ilə bağlı yayılan mesajları şərh etməsi xahiş olunub.
Priqojin təsdiqləyib ki, Ukrayna komandanlığının həqiqətən belə bir əks-hücum üçün planları var və onun üçün fəal hazırlıq gedir.
Bununla belə o, bunun baş verməməsi üçün mümkün olan hər şeyi etdiklərini də deyib.
Amma maraqlıdır ki, Priqojin “hər şeyin” nə olduğunu açıqlamayıb.
Yeri gəlmişkən, bundan bir müddət əvvəl hərbi ekspert, LXR-nin xalq milislərinin polkovnik-leytenantı, istefada olan Andrey Maroçko, Ukrayna Silahlı Qüvvələri komandanlığının Artemovsk (Baxmut) yaxınlığında qoşun qruplaşması qurduğunu bildirmişdi.
Hərbi ekspertin sözlərinə görə, düşmən qruplaşmasının artması şəhərin şimal-qərbində və cənub-qərbində müşahidə olunur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB