Polşada müharibə əleyhinə əhval-ruhiyyə yüksəlir?

Polşada müharibə əleyhinə əhval-ruhiyyə yüksəlir?

Polşada müharibə əleyhinə əhval-ruhiyyə yayılmağa başlayır. İnternetdə siyasi gündəmin işləməsi üzrə mütəxəssis Anna Mejinskaya “Tok FM” radiostansiyasının efirində belə bir bəyanatla çıxış edib.

Anna Mejinskaya qeyd edib ki, Polşada “#müharibə deyil” şüarı altında kampaniya davam edir və Rusiyanın Ukraynada münaqişənin başlamasına görə məsuliyyəti aradan qaldırılır.

Annanın sözlərinə görə, polyakları getdikcə daha çox dünyanın bir çox ölkələrinin, Amerika Birləşmiş Ştatlarının sakinlərinin rifahına təsir edən hərbi münaqişəyə başlamaqda ittiham edirlər.

Üstəlik, Mejinskayanın vurğuladığı kimi, ölkədə müharibə əleyhdarı icmalar yenidən fəallaşıb, onların məqsədi Avropa İttifaqı və ABŞ-ın hərəkətlərinin düzgünlüyünə “şübhə səpmək”dir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guya onlardan biri Polşanın Müharibə Əleyhinə Hərəkat adlı təşkilatdır.

Maraqlıdır ki, ekspertin fikrincə, təşkilat Moskvanın əlinə keçməkdədir. Təbii ki, belə olan halda cəmiyyətdə bu cür hisslər Ukraynaya hərbi dəstəyin azalmasına səbəb ola bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə