Hipersəs sistemləri yalnız Rusiyadadır?

Hipersəs sistemləri yalnız Rusiyadadır?

ABŞ hərbi kəşfiyyatının baş elm və texnologiya eksperti Pol Freistler strateji hipersəs sistemlərinə yalnız rusların sahib olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə konqresdəki dinləmələr zamanı bildirib.

Freistlerin dediyinə görə, 2018-ci ildə ilkin əməliyyat imkanlarına çatav SS-19 Mod 4 (“Avanqard”) dünyada yerləşdirilmiş yeganə strateji hipersəs sistemidir.

Onun sözlərinə görə, rusiyalı ekspertlər ABŞ-ı təhlükə altında saxlaya biləcək belə silahlar hazırlayırlar.

Ekspert onu da əlavə edib ki, hipersəs raketləri ABŞ-ın sensorlarından və müdafiə sistemlərindən yayına biləcək.

Qeyd edək ki, "Avanqard" hipersonik sürüşmə qanadlı bölməsi olan strateji raket sistemi ilə silahlanmış ilk alay 2019-cu ildə Yasnenskaya Raket Diviziyasına daxil olub.

Rusların yazdığına görə, Strateji Raket Qüvvələrinin Orenburq diviziyasının tərkibində “Avanqard” hipersəs döyüş texnikasına malik ikinci raket alayı 2025-ci ilə qədər tam yığılacaq. Döyüş növbətçiliyində olan minaatanların sayı tam heyətlə tamamlanacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə