Ötən ilin sonunda Rusiya şirkətlərinin balanslaşdırılmış maliyyə nəticəsi 2021-ci illə müqayisədə 12,6 faiz azalıb. SİA xəbər verir ki, Rosstatın məlumatına görə, 2022-ci ildə müəssisələr 25,93 trilyon rubl gəlir əldə ediblər.
Halbuki, bu əvvəlki il 29,66 trilyon rubl təşkil etmişdi.
Eyni zamanda, Rosstat 2022-ci ildə balıqçılıq və balıqçılıq sənayesində, topdansatış ticarətində balanslaşdırılmış maliyyə nəticələrində ən böyük azalmanı qeyd edib.
Lakin 2022-ci ildə mənfəət və zərərin balanslaşdırılmış göstəricisində ən yüksək artım tempini tikinti və dəmir yolu yükdaşımaları ilə məşğul olan təşkilatlar, o cümlədən mehmanxana və ictimai iaşə müəssisələri göstərib.
ÜDM-in və sənaye istehsalının azalması ilə bağlı ən pessimist qorxular özünü doğrultmadığı kimi, korporativ sektorun maliyyə nəticələri də gözləniləndən daha yaxşı olub.
Yeri gəlmişkən, Ali İqtisadiyyat Məktəbi İnkişaf Mərkəzinin direktor müavini Valeri Mironovun sözlərinə görə, balanslaşdırılmış maliyyə nəticəsinin nominal ifadədə 12,6 faiz azaldılması formal olaraq uğur sayıla bilər.
Amma yenə də, o əlavə edib ki, əslində bu, çox da yaxşı göstərici deyil.
Bu bilirsiniz nəyə bənzədi, bizim o müğənninin “düz eləmisən, amma yaxşı eləməmisən” deyiminə.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB