"Ukraynanın “Şimal axını” ilə heç bir əlaqəsi olmayıb"

"Ukraynanın “Şimal axını” ilə heç bir əlaqəsi olmayıb"

Bu arada Ukrayna lideri Vladimir Zelenski ölkəsinin “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin zədələnməsində iştirak etmədiyini iddia edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna lideri martın 10-da Kiyevdə Finlandiyanın baş naziri Sanna Marinlə birgə mətbuat konfransında bildirib.

Zelenskinin vurğuladığı kimi, Kiyevin bununla heç bir əlaqəsi yoxdur: “Ukraynalılar qətiyyən bunu etməyiblər”.

Zelenskiyə görə, Ukraynanın təxribatda iştirakı ilə bağlı nəşrlərin məqsədi Kiyevə silah tədarükünü ləngitməkdir.

Bir daha xatırladaq ki, amerikalı jurnalist Seymur Herş “The New York Times”ın Ukraynayönlü qrupun “Şimal axını”nda partlayışı təşkil etməsi ilə bağlı məqaləsini şərh etməyib.

Maraqlıdır ki, Moskva “Şimal axını”nı təxribatında “Ukrayna izi” versiyasına elə də inanmır. Qeyd edək ki, bunu bir müddət əvvəl Dmitri Peskov da üstüörtülü şəkildə etiraf etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə