İrəvanın vitse-merinin ofisi axtarılır

İrəvanın vitse-merinin ofisi axtarılır

Bu arada ermənilərin hüquq-mühafizə orqanları İrəvanın vitse-meri Gevorq Simonyanın ofisində axtarış aparır.

SİA-nın əldə etdiyi məlumata görə, meriyanın informasiya şöbəsinin rəhbəri Levon Sardaryan “Azatutyun” radiosuna bildirib.

Verilən məlumata görə, axtarışın hansı cinayət işi çərçivəsində aparıldığı hələlik məlum deyil.

“Azatutyun” radiosunun məlumatına görə, bu cinayət işi Qevorq Simonyanın səhiyyə nazirinin müavini olduğu dövrdə, yəni COVİD dövründə sui-istifadə faktı ilə bağlı başlanıb. İşin Hesablama Palatasının araşdırmaları əsasında başlanıldığı da deyilir. Hazırda isə işi Korrupsiyaya Qarşı Mübarizə Komitəsi araşdırır,

Xatırladaq ki, Gevorq Simonyan 2022-ci ilin fevralından Yerevan merinin müavinidir. İrəvan meriyasında səhiyyə nazirinin keçmiş müavini səhiyyə, idman və gənclərlə bağlı sahələri koordinasiya edir.

Qeyd edək ki, bir müddət bundan əvvəl Simonyan, vitse-mer olmaq təklifinin onun üçün məqbul olduğunu demişdi.

Belə ki, Simonyan İrəvan poliklinikalarının işinin yaxşılaşdırılması baxımından daha çox iş görməli olduğunu bəyan etmişdi.

Hazırda axtarış dövründə Simonyanın heç bir statusu yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə