Həcmi 1,5 litrdən çox olan plastik qabda pivə satışı qadağan ediləcək
...Belarusda 2025-ci ildən həcmi 1,5 litrdən çox olan plastik qabda pivə satışı qadağan ediləcək.
SİA-nın əldə etdiyi məlumata görə, Belarus Nazirlər Şurasının 7 mart tarixli 168 nömrəli müvafiq qərarı martın 10-da Milli Hüquq İnternet Portalında dərc olunub.
Beləliklə, 2025-ci ildən nominal həcmi 1,5 litrdən çox olan polimer istehlak qablaşdırmasında tərkibində etil spirti 7 faizdən çox olmayan pivə və az alkoqollu içkilərin satışı qadağan ediləcək.
Qeyd edək ki, hazırda onları 2 litrə qədər plastikdə satmağa icazə verilir.
Onu da qeyd edək ki, sənəddə göstərildiyi kimi, 2025-ci il yanvarın 1-dən əvvəl satılmamış həcmi 1,5 litrdən çox olan plastik qablarda olan pivə və aşağı alkoqollu içkilər yararlılıq müddətindən əvvəl satıla bilər.
Xatırladaq ki, tutumu 2 litrdən çox olan plastik qablarda pivə və az alkoqollu içkilərin satışına qadağa 2014-cü ildə tətbiq edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB